Qubada məktəb binasında yanğın olub


Digərləri 22 Fev 2019 19:39:00 181 0

Qubada məktəb binasında yanğın olub

Quba rayonunda məktəb binasında yanğın olub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.