Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?


Digərləri 22 Fev 2019 19:25:00 192 0

Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?

Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?

Bakı. Samir Əli - Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırmaq çox mürəkkəb məsələdir. Bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir: