Beynəlxalq yarışmanın Azərbaycandan olan təmsilçiləri: UNEC komandası


Digərləri 22 Fev 2019 19:04:00 193 0

Beynəlxalq yarışmanın Azərbaycandan olan təmsilçiləri: UNEC komandası

UNEC tələbələri CFA institutu tərəfindən hər il təşkil edilən “The CFA Institute Research Challenge” beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Bakı. UNEC tələbələri CFA institutu tərəfindən hər il təşkil edilən “The CFA Institute Research Challenge” beynəlxalq yarışmasının Rusiyanın paytaxtı Moskvada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC komandasını Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) maliyyə ixtisası üzrə IV kurs tələbələri Ruslan Axundzadə, Toğrul Həsənov və SABAH qruplarının maliyyə ixtisası üzrə IV kurs tələbələri Mirşahin Ağayev və İlkin Sultanov təmsil ediblər. Builki yarışmada Rusiya, Azərbaycan və Belarusiyanın 31 komandası mübarizə aparıb. İştirakçılar “Norilsk Nickel” şirkətinin maliyyə durumunu, fəaliyyət göstərdiyi bazarı və ölkə iqtisadiyyatını analiz ediblər, şirkətin qiymətləndirilməsini apararaq, hesabat hazırlayıblar. Hesabatları uğurlu olan 6 komanda Moskvada keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb. Yarışmanın şərtlərinə uyğun olaraq, Moskvada çıxış edən 6 komandadan 2-si Sürixdə keçiriləcək regional finala, regional finalda uğurla çıxış edən komandalar isə Amerika Birləşmiş Ştatlarında keçiriləcək qlobal finala vəsiqə qazanmaq şansı əldə edəcəklər.