Azərbaycan nümayəndə heyəti Çinə gedir


Digərləri 22 Fev 2019 18:46:00 239 0

Azərbaycan nümayəndə heyəti Çinə gedir

Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 25 fevral - 1 mart tarixində Çində səfərdə olacaq.

Bakı. İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 25 fevral - 1 mart tarixində Çində səfərdə olacaq. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.