Murad Hüseynov: "Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır"


Kriminal 22 Fev 2019 18:37:00 315 0

Murad Hüseynov: "Heksameron" əsərinin Bakıda ifası böyük musiqi bayramıdır"

Son.az Trend-ə istinadən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynovun müsahibəsini təqdim edir.

- Murad muəllim, martın 7-də Heydər Əliyev Mərkəzində keçiriləcək "Heksameron" konsertində tamaşaçıları nə gözləyir?

- Qısa ifadə etsək, tamaşaçıları böyük bayram gözləyir. Çünki məşhur "Heksameron" əsəri musiqi aləmində ən çətin əsərlərdəndir. 180 ildən çox yaşı olan "Heksameron" əsərində fortepianoya məxsus bütün texnikalar əhatə olunub.

Əsər dünyada 6 royalın ifasında və orkestrin müşayiəti ilə çox nadir hallarda ifa olunur. Bakıda bu əsər 6 pianoçunun birgə ifasında ilk dəfə təqdim ediləcək. Bu mənada həmin gün həqiqətən də bütün musiqisevərlər üçün böyük musiqi bayramı sayıla bilər.

- Tədbirin Bakıda, Heydər Əliyev Mərkəzində də təşkili yəqin təsadüfi olmayıb.