Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl


Kriminal 22 Fev 2019 18:39:00 325 0

Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Quba rayon sakini Rafiq Əliməmmədov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Rafiq Əliməmmədovun xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Rafiq Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.