Azərbaycan nümayəndə heyəti Moldovada parlament seckilərini müşahidə edəcək
Digərləri 22 Fev 2019 18:37:00 230 0
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Moldovaya səfər edib
Bakı.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.
MSK-dan Trend-ə verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, Moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, MSK təmsilçiləri həmçinin, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvətilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az