Nazir müavini İranda Azərbaycan bayrağının müdafiəsinə qalxan Zəhra Salmanlıya təşəkkür etdi


Digərləri 22 Fev 2019 18:14:00 211 0

Nazir müavini İranda Azərbaycan bayrağının müdafiəsinə qalxan Zəhra Salmanlıya təşəkkür etdi

Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi - Dediyini də elədi, çempion da oldu - FOTO Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. İ.İsmayılov Zəhraya gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.

Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.


Xəbərə aid fotolar