“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşib


İdman 22 Fev 2019 18:28:00 228 0

“Shamkir Chess 2019” super turnirinin iştirakçıları müəyyənləşib

Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2019” super turnirinin iştirakçıları məlum olub.

Goal.az xəbər verir ki, martın 31-dən aprelin 9-dək keçiriləcək altıncı Vüqar Həşimov memorialında qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk, Sergey Karyakin, çexiyalı David Navara və bolqarıstanlı Veselin Topalov iştirak edəcəklər.

Qeyd edək ki, bu nüfuzlu yarışda dünyanın ən güclü şahmatçıları mübarizə aparırlar.

Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.