Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşdü


Digərləri 22 Fev 2019 18:14:00 416 0

Nazir müavini İsmayıl İsmayılov Zəhra Salmanlı ilə görüşdü

Bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tehranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb.

Son.az xəbər verir ki, nazir müavini bütün rəqiblərinə qalib gələrək 1-ci pilləni tutan idmançımızı təbrik edib və Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə Zəhraya təşəkkürünü bildirib. Gələcək yarışlarda və təhsilində ona uğurlar arzu edib.

Belə ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağı erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib və  təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini söyləyib. İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.


Xəbərə aid fotolar