“Bununla mən nə qazanıram?” Estetik əməliyyata maraq niyə ARTIB?


Digərləri 22 Fev 2019 18:04:00 302 0

“Bununla mən nə qazanıram?”  Estetik əməliyyata maraq niyə ARTIB?

Bir vaxtlar gözəllik ondur, doqquzu dondur deyərdilər, indi isə gözəllik qurban tələb edir deyirlər. Elə bu səbəbdəndir ki, plastik əməliyyatlara maraq göstərənlərin sayı durmadan artır. 

Son.az bildiri ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sorğu - Sakin: "Ehtiyac yoxdur, pulun olarsa edərsən. Estetik əməliyyatdan ötrü kreditə girmək doğru deyil. Xanımlar edir, elə kişilər var kişilər də eliyir, kişilərə heç yaraşdırmıram".

Sorğu - Sakin: "Məncə insan öz təbii gözəlliyində qalmalıdır. Heç də ehtiyac yoxdur. Hətta öz imkanı belə olsa plastik əməliyyata ehtiyac yoxdur".

Könül Ağamirova - Plastik və estetik: "Öz güvən duyğusu insanların həyatında sosial və iş həyatında çox önəmlidir. Və plastik əməliyyat olunandan sonra insanda bu duyğu daha da artır. Mən bununla bağlayıram ki, bu səbəbdən son illər plastik əməliyyata müraciət edənlərin sayı artıb".

Aygün Cəfərova - Psixoloq: "Özgüvənsizliyi olan, özünü qəbul etməyən, özünü sevməyən insanlar daha çox bu yollara əl atırlar. Bunun kökündə bir növ natamamlıq kompleksi durur ki, bu kimi yollara əl ataraq natamamlıqlarını tamamlamağa çalırşırlar".

Hətta iş o həddə çatdı ki, maddi imkanı olmayanlar bu işi kredit üsulu ilə həll etməyi belə gözə alırlar.


Xəbərə aid fotolar