Bakıda küçədə kişi meyiti aşkarlandı


Digərləri 22 Fev 2019 17:42:00 188 0

Bakıda küçədə kişi meyiti aşkarlandı

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, meyitin aşkarlandığı Səbail rayonu, Muxtarov küçəsi 5 ünvanında hüquq-mühafizə orqanları baxış keçirib və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Ölümün səbəbinin və şəxsiyyətin müəyyən edilməsi üçün meyit Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.


Xəbərə aid foto