Ölkəyə narkotik gətirən keçmiş məhkum tutuldu


Digərləri 22 Fev 2019 17:39:00 164 0

Ölkəyə narkotik gətirən keçmiş məhkum tutuldu

Fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

DİN-dən Mİlli.Az-a verilən məlumata görə, saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.