Avstraliyanın Viktoriya ştatının parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılması planlaşdırılır


Digərləri 22 Fev 2019 17:29:28 185 0

Avstraliyanın Viktoriya ştatının parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupu yaradılması planlaşdırılır

Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Melburn şəhərində Viktoriya ştatının parlamentinin hazırkı və sabiq spikerləri ilə görüşlər keçirib.

Bakı. Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Melburn şəhərində Viktoriya ştatının parlamentinin hazırkı (Kolin Bruks) və sabiq (Brüs Atkinson) spikerləri ilə, o cümlədən millət vəkilləri ilə bir sıra görüşlər keçirib. Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, millət vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə daxildirlər. Görüşlərdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də iştirak edib. Görüşlər zamanı Viktoriya parlamentinin üzvləri ilə Avstraliya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan millət vəkilləri avstraliyalı həmkarlarını yaxın günlərdə anılacaq Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti, Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı aparılan etnik təmizləmələr haqda ətraflı məlumatlandırıblar. Avstraliyanın federal və Qərbi Avstraiya ştatının parlamnetlərində iki ölkənin deputatlarından ibarət dostluq qruplarının göstərdiyi effektiv fəaliyyətini nəzərə alınaraq Viktoriya parlamentində də Azərbaycan ilə parlamentlərarası dostluq qrupu yaradılmasının məqsədəuyğun olduğu vurğulanıb. Qeyd edilib ki, belə bir qrupun yaradılması, eyni zamanda idman, mədəniyyət, təhsil və ticari-iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstrə bilər. Azərbaycan haqda son illər Avstraliyada çox danışıldığını bildirən spiker Kolin Bruks ökəmizə dəvətdən məmnun olduğunu bildirərək, ilk fürsətdə ölkəmizə səfər etmək niyyətində olduğunu qeyd etdi. Azərbaycan nümayəndə heyətinin Melburna səfəri çərçivəsində növbəti görüş türk əsilli millət vəkili xanım Nazlı Süleyman ilə keçirilib. Görüşdə Melburnda yaşaya türk və Azərbycan icmalarının birgə fəaliyyət göstərməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu icmaların əlbir fəaliyyəti həm Azərbaycanın, həm də Türkiyənin Avstraliyada təbliği istiqamətində mühüm nəticələr verə bilər. Viktoriya ştatının millət vəkili, kölgə hökumətinin multikultualizm naziri Nil Anqus ilə görüşdə bu ştatda yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığı xüsusi qeyd edilib. N.Anqus bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır. Görüşdə, eyni zamanda, müasir dünyda mutikulturalizm dəyərlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, həm Azərbaycan, həm də Avstraliya multikulturalizm və dini dözümlülük kimi dəyərləri bütün dünya ilə bölüşürlər və bu müsbət bir nümunə olaraq yüksək qiymətləndirilməlidir. Azərbaycanın həyata keçirdiyi multikulturalizm və tolerantlıq ideyalarının təqdirlayiq hal olduğu və bunun Avstraliya ilə, o cümlədən Viktoriya ştatı ilə münasibətlərə müsbət təsiri qeyd edilib. Azərbaycanın bu sahədə təcrübəsinin bir sıra dövlətlər üçün nümunə olduğu xüsusi vurğulanıb. Viktoriya parlamentində ikitərəfli dostluq qrupunun yaradılması barədə təklifi çox müsbət qarşılayan Nil Anqus, bu barədə parlamentin rəhbərliyi ilə bir daha ciddi şəkildə müzakirələr aparacağını bildirib. Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin