BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək (FOTO)


Digərləri 22 Fev 2019 17:02:00 191 0

BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək (FOTO)

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub.

Bakı. Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub. BDU-dan Trend-ə verilən məlumata görə, universitetin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov qonağı salamlayaraq, bu ali təhsil ocağı barədə məlumat verib. Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq və elmi tədqiqatlara böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirən F.Qurbanov, onun beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə əməkdaşlığını qeyd edib, universitetin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb.