Xətaidə əl qumbarası tapılıb (FOTO)


Digərləri 22 Fev 2019 16:53:00 219 0

Xətaidə əl qumbarası tapılıb (FOTO)

Xətaidə 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Bakı. Xətaidə 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.