"Meşə idarəetmə sistemi müasirləşdiriləcək"


Digərləri 22 Fev 2019 16:21:00 248 0

"Meşə idarəetmə sistemi müasirləşdiriləcək"

"Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

S.Salmanovun sözlərinə görə, yeni hazırlanan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı meşələrin dayanıqlı istifadəsi üzrə dünyada tətbiq olunan doqquz meyar əsas götürülüb.

Sektor müdiri qeyd edib ki, Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Proqram hər biri 5 il olmaqla, 2 mərhələdə həyata keçiriləcək.