Milli Meşə Proqramının hazırlanmasında əsas nəyə diqqət edilir?


Digərləri 22 Fev 2019 16:17:00 198 0

Milli Meşə Proqramının hazırlanmasında əsas nəyə diqqət edilir?

"Azərbaycanın az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı deyib.

FAO rəsmisinin sözlərinə görə, Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb ki, bunlardan da 70-i endemikdir.