Ermənilər məşhur azərbaycanlı jurnalisti öldürmək istəyir: “Bəlkə də bu sonuncu müraciətimdir”


Digərləri 22 Fev 2019 15:59:00 239 0

Ermənilər məşhur azərbaycanlı jurnalisti öldürmək istəyir: “Bəlkə də bu sonuncu müraciətimdir”

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.

Son.az orman.az-a istinadən xəbər verir ki, son 2 ildir Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.

Son proseslərdən olan "Azərbaycanlılarla çeçenlər arasında qalmaqal"da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.

Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsində olduğunu deyib.

Qeyd edək ki, Fuad Abbasov uzun illər Türkiyənin nüfuzlu informasiya agentliklərinin nümayəndəsi kimi Moskvada fəaliyyət göstərib, hazırda qurduğu "MİSRA" təşkilatında çalışır.


Xəbərə aid video