Meşə idarəetmə sistemi müasirləşdiriləcək


Digərləri 22 Fev 2019 15:46:00 226 0

Meşə idarəetmə sistemi müasirləşdiriləcək

Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda meşə idarəetmə sisteminin, milli meşə siyasətinin müasirləşdirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov deyib. S.Salmanovun sözlərinə görə, yeni hazırlanan Milli Meşə Proqramının (MMP) məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı meşələrin dayanıqlı istifadəsi üzrə dünyada tətbiq olunan doqquz meyar əsas götürülüb.