Prezident İlham Əliyev BruneyDarüssalamın Sultanını təbrik edib


Siyasət 22 Fev 2019 15:37:00 188 0

Prezident İlham Əliyev BruneyDarüssalamın Sultanını təbrik edib

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bruney xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".