İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb


Digərləri 22 Fev 2019 15:39:21 192 0

İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb

Fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

Bakı. Fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.