Nazilə Səfərli onun üçün “bomj” həyatı yaşadı VİDEO FOTO


Şou-biznes 22 Fev 2019 14:44:00 258 0

Nazilə Səfərli onun üçün “bomj” həyatı yaşadı  VİDEO  FOTO

ARB TV-nin "Səhər-Səhər" verilişinin ötən buraxılışında 10 ildir küçədə yaşayan İlqarın çətin həyat hekayəsi nümayiş etdirilib.

Son.az bildirir ki, həyatı haqqında israrla danışmayan İlqar ona yardım etmək istəyən kollektivə özü və ailəsi haqqında heç bir informasiya verməyib. Vəziyyət belə olan halda şairə Nazilə Səfərli İlqar haqqında məlumat əldə etmək üçün qeyri-adi üsula əl atıb.   Şairə qrimin yardımı ilə özünü içkidən və çətin həyatdan əziyyət çəkən, səfil bir qadın obrazına salıb. Daha sonra İlqarın içkidən azad olunması üçün müalicə aldığı xəstəxanaya üz tutub. Nazilə Səfərli müalicə sırasını gözləyən İlqarın yanına əyləşərək onunla söhbət etməyə çalışıb. Şairə söhbət əsnasında İlqar haqqında informasiya toplamağa nail olub.

Sözügedən görüntüləri təqdim edirik:


Xəbərə aid fotolar