Bakıda sürücü maşını "saxla" əmrini verən yol polisinin üstünə sürdü VİDEO


Digərləri 22 Fev 2019 14:48:00 241 0

Bakıda sürücü maşını "saxla" əmrini verən yol polisinin üstünə sürdü  VİDEO

Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsünün 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi kameralara düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, yol ayrıcında hərəkəti nizamlayan YPX əməkdaşı ona "saxla" əmri verdi. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona protokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.

Ümid edirik ki, tezliklə yol hərəkəti qaydalarını pozmaqla qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik edən, YPX əməkdaşının üstünə avtomobil sürən bu sürücü tapılıb barəsində qanunamüvafiq tədbir görüləcək. Görüntüləri təqdim edirik.

Videonu izləmək üçün şəklə klikləyin: