Hadi Rəcəbli: “Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüdün artırılması ...”


Digərləri 22 Fev 2019 14:30:00 211 0

Hadi Rəcəbli: “Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüdün artırılması ...”

Prezident İlham Əliyevin fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi Prezident təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat olması mühüm addımdır. Həmin ailələr əvvəllər 220 manat təqaüd alırdı, indi isə 300 manat alacaq. Burada 80 manat hiss olunan rəqəmdir. Fərman böyük bir qrup insanın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu addım həmin insanlar tərəfindən müsbət qarşılanıb.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komtəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri xatırladıb ki, dövlət başçısı fevralın 21-də sərəncamla Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədi ilə Prezidentinin ehtiyat fondundan İctimai Birliyinə bir milyon manat ayırıb.

O bildirib ki, bütün bunlar həmin insanlara, onların ailələrinə diqqət və qayğının göstəricisidir: "Əfqanıstanda döyüşlərdə 7 500 azərbaycanlı iştirak edib. Bunlardan 208-i həlak olub, 8-i isə itkin düşüb. Hazırda o döyüşlərdə iştirak edənlərin 5000-ə yaxın sağdır. Bu qəbildən olan insanlara, onların ailələrinə dəstək davam etdiriləcək. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi, minimum əməkhaqqının, əmək pensiyasının artırılması dövlətin bu qrupdan olan insanlara qarşı həssas davranışını göstərir".

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də bu fərmanı müsbət qiymətləndirib.