FİFA Chelsea-nı 2 illik cəzalandırdı
İdman 22 Fev 2019 13:50:00 300 0
FİFA Chelsea-nı cəzalandırıb.
Goal.az xəbər verir ki, London klubu qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçu əlavə edə bilməyəcək.
London klubu gənc futbolçularla bağlı transfer qaydalarını pozmaqda günahlandırılırdı. Qitə futbol qurumu londonluların 18 yaşlı oyunçularla bağladığı 100 müqaviləni araşdırdıqdan sonra "zadəganlar"ı cəzalandırıb.
Qaydalara görə, klublar tam transferini həyata keçirdikləri, həmçinin valideynləri müxtəlif səbəblərdən emiqrant olan 18 yaşlı futbolçularla müqavilə bağlamaq hüququna malikdir.
Mənbə: goal.az