Qusarda üçəm doğulub


Digərləri 22 Fev 2019 13:42:00 229 0

Qusarda üçəm doğulub

Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

Bakı. İlhamə İsabalayeva - Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, körpələr bu gün səhər saatlarında dünyaya gəliblər. Qubanın 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Həsənşah qızı Mirzəyevanın dünyaya gətirdiyi oğlan uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır.