48 saat oyun oynayan oğul anasını pis vəziyyətdə qoydu VİDEO


Dünya 22 Fev 2019 13:22:00 293 0

48 saat oyun oynayan oğul anasını pis vəziyyətdə qoydu  VİDEO

Ana 48 saat "PS"in qarşısından qalxmayan oğlu üçün internet kluba yemək daşıdı

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, videoda ananın 48 saat boyunca "Play Station" qarşısından durmayan oğlunun ağzına yemək yedirməsi əks olunub.

Görüntülər Filippində internet klubda çəkilib. Ana stula "yapışan" 13 yaşlı oğlunu yedizdirmək üçün evindən kluba yemək daşıyıb.

37 yaşlı Lilybeth Marvelin dediyinə görə, o, oğlunun videooyun asılısı olduğunu bildiyinə görə gündə 3 dəfə internet kluba yemək aparıb, oğluna yedirib.