Rakitiçlə bağlı danışıqlar yekunlaşır


İdman 22 Fev 2019 12:20:00 189 0

Rakitiçlə bağlı danışıqlar yekunlaşır

Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiçin İnter-ə keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

Goal.az La Gazetta Dello Sport nəşrinə istinadən xəbər verir ki, keçid 40 milyon avroya başa gələ bilər. Bildirilir ki, İtaliya təmsilçisi 30 yaşlı xorvata 2022- ci ilədək müqavilə təklif edir. Futbolçu yeni klubunda ilinə 6,5 milyon avro alacaq. Onun katalonlarla qüvvədə olan müqaviləsi 2021-də başa çatır. Barcelona yarımmüdafiəçisinin sövdələşməsini uzatmaq istəmir. Rakitiç hazırda ildə 5,5 milyon avro maaş alır.