DYP rəsmisindən Sumqayıtdakı avtobus qəzası ilə bağlı


Digərləri 22 Fev 2019 12:25:00 198 0

DYP rəsmisindən Sumqayıtdakı avtobus qəzası ilə bağlı

Ötən gün Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayılıb.

Son.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, 21 fevral 2019-cu il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində "Toyota Prado" markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan "AKİA" markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılmış 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub.

Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülmüş, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.