Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur


Digərləri 22 Fev 2019 12:05:00 217 0

Bu il Bakının 4 rayonunda “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur

İlk "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir.

Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da "DOST" mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 - 2025-ci illərdə ölkədə 31 "DOST" Mərkəzi yaradılacaq. Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.