Adi kənd milyonçular məkanına çevrilir FOTO


Digərləri 22 Fev 2019 12:09:00 278 0

Adi kənd milyonçular məkanına çevrilir  FOTO

Surrey qraflığındakı Kobhem İngiltərədəki adi kəndlərdən biri idi. Lakin indi ora milyonçuların yaşadığı məkana çevrilməkdədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, kənddəki evlərin əksəriyyətinin qiyməti hazırda minimum 2 milyon funt-sterlinqdir. İş o yerə çatıb ki, kənddəki poçtxanada belə, müştərilərə "Dom Perignon" şərabı təklif olunur.

Kənddəki evlərin bahalaşması məşhurların buraya köç etməsi və daşınmaz əmlak almalarından sonra başlanıb. Kobhemin yeni sakinləri arasında tennis ulduzu Endi Mürrey, aktyor Brayan Blessed, futbolçular Piter Krauç və Con Terri də var.


Xəbərə aid fotolar