Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqland


İdman 22 Fev 2019 10:43:00 294 0

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqland

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Goal.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər sırasında iranlı hücumçu Sərdar Azmun (Zenit, Rusiya), zambiyalı forvard Patson Daka Salzburg, Avstriya), ispaniyalı yarımmüdafiəçi Pablo Sarabiya (Sevilla, İspaniya) və ingiltərəli cinah yarımmüdafiəçisi Kallum Hadson-Odoi (Chelsea, İngiltərə) yer alıb.

S.Azmun Türkiyənin Fenerbahçe-ni 3:1 hesabı ilə məğlub etdikləri oyunda dubl və bir məhsuldar iki ötürmə ilə yadda qalıb. P.Daka Belçika Brugge-sini 4 cavabsız qolla üstələdikləri matçda 2 top vurub. P.Sarabiyanın qolu və məhsuldar ötürməsi komandasının İtaliyanın Lazio kollektivini udmağa kömək edib – 2:0. K.Hadson-Odoi isə Norveç Malmo-sunə 3 qol vurduqları qarşılaşmada 1 dəfə fərqlənib.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.