Beyinsiz doğulan uşaq illər sonra həkimləri təəccübləndirdi


Dünya 22 Fev 2019 10:43:00 194 0

Beyinsiz doğulan uşaq illər sonra həkimləri təəccübləndirdi

Dünyaya cəmi iki faiz işlək beyinlə gələn uşaq ötən altı ildə məşqlərin köməyilə, demək olar ki, bu orqanı tam bərpa etmək üzrədir. Bu barədə Britaniyanın "The Sun" qəzeti məlumat yayıb.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə də Britaniyada baş verib. Uşağın anası Şelli Uoll hamilə olanda həkimlər ona hamiləliyi yarımçıq dayandırmağı tövsiyə etmişdilər. Səbəb isə dölün inkişafdan qalmasıydı. Həkimlər dəfələrlə həm anaya, həm də ataya xəbərdarlıq etmişdilər ki, uşağın onurğa beynində problemlər var və bu üzdən onun yaşamaq şansı, demək olar ki, yoxdur.

Artıq iki övlada sahib olan cütlük həkimlərin məsləhətinə əməl etməmişdi.