Böyük qalmaqal: qaradərili "mavi" aktyorun qara yalanı VİDEO FOTO


Digərləri 22 Fev 2019 10:39:00 564 0

Böyük qalmaqal: qaradərili "mavi" aktyorun qara yalanı  VİDEO  FOTO

Qaradəriliyə "murdar zənci" demək heyvanlıqdır.

Qeyri-ənənəvi cinsi orientasiyalı insanı məhz buna görə təqib etmək, aşağılamaq insanlıqdan xaric əməldir.

Qaradərili və homoseksualist olduğuna görə insana hücum etmək, onu söymək, onu döymək cinayətdir və ən ağır şəkildə cəzasını almalıdır.

36 yaşlı amerikalı müğənni və aktyor Cussi Smollett indi mənimçün Birləşmiş Ştatların ən pis, əxlaqsız, yaramaz və yalançı insanlarından biridir.

Özünə qarşı "irqçi və homofob zəmində" hücumu təşkil edərək təqib olunan insan təki gündəmə gəlməyə çalışan insana başqa nə ad vermək olar?

O adam ki, iki dostunu dilə tutaraq onlara pul verib, həmin adamlar da İllinoys şəhərinin küçələrindən birində gecə saat 2-də Smollettə "hücum" ediblər, onu "söyüblər və döyüblər".

O adam ki, "mənə hücum edənlər Trampın tərəfdarları idilər" deyib və yalan danışıb.

Sonra ABC telekanalına yollanaraq Robin Robertsə verdiyi müsahibəsində gözüyaşlı şəkildə "hücum"dan bəhs edib. Onun sözlərinə görə, əyinlərində üzərinə "Make America great again" (Donald Trampın prezident seçkilərindəki şüarı) yazılmış iki nəfər onu söyüblər və döyüblər. Daha sonra aktyorun boynuna kəndir salınıb, başına naməlum mənşəli və tərkibli məhlul tökülüb. Smollett deyirdi, qaradərili və homoseksual olduğuna görə ABŞ prezidenti Donald Trampın tərəfdarlarının hücumuna məruz qalıb.

O adam ki, saxta, qurama "hücum"u araşdırmaq üçün 20 polis zabitinin araşdırmalara başlamasına səbəb olub.

Və o adam ki, müzakirələr, araşdırmalar davam etdikcə daha çox yalan danışıb, "qurban" roluna girərək saxtakarlıq, fırıldaqçılıqla məşğul olub.

Səbəb?

Sən demə, Smollett çəkildiyi serialda qonorarını artırmaq istəyib.