İlahiyyat İnstitutu rektoru beynəlxalq konfransda çıxış edib (FOTO)


Digərləri 22 Fev 2019 10:29:59 216 0

İlahiyyat İnstitutu rektoru beynəlxalq konfransda çıxış edib (FOTO)

Tatarıstan Respublikası Bolqar İslam Akademiyasının 19-20 fevral 2019-cu il tarixdə “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da təmsil olunub.

Bakı. Tatarıstan Respublikası Bolqar İslam Akademiyasının 19-20 fevral 2019-cu il tarixdə “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da təmsil olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda “Azərbaycanın din təhsili sahəsində təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Aİİ-nin fəaliyyəti barədə məlumat verib. C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, sözügedən sahəyə diqqət və qayğının artırılmasından bəhs edib. C.Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda bu nəcib missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir: “Azərbaycan İlahiyyat İnstitutu da məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb”. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, bu istiqamətdə Türkiyə, Rusiya, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı gələcəkdə İnstitutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur.