Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək


Digərləri 22 Fev 2019 10:23:00 243 0

Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək.

Son.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov ötən il 2 tam müasir qatar tərkibinin alınaraq istifadəyə verildiyini xatırladıb: "Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur".