Suriyada döyüşən Mahirin şikayəti təmin edilmədi


Digərləri 22 Fev 2019 10:20:00 213 0

Suriyada döyüşən Mahirin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, M.Musayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.