Olimpiadada ilk: İstənilən şəxs marafon yarışında iştirak edə biləcək


İdman 22 Fev 2019 10:10:00 261 0

Olimpiadada ilk: İstənilən şəxs marafon yarışında iştirak edə biləcək

2024-cü il Paris Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq marafon yarışı açıq rejimdə keçiriləcək.

Goal.az “Paris 2024”ün Təşkilat Komitəsinə xəbər verir ki, yarışda həvəskarlar da iştirak edə biləcəklər. 

Marafona qatılacaq şəxslər üçün istək və imkanları daxilində müxtəlif məsafələr təklif olunacaq.

Qeyd edək ki, 2024-cü il Paris Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda keçiriləcək. Marafon yarışı 42 kilometr 195 metri əhatə edir.