Damladan video ilə bağlı ilk açıqlama: "Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam”


Şou-biznes 22 Fev 2019 09:58:00 229 0

Damladan video ilə bağlı ilk açıqlama: "Oğlum da böyük uşaqdır, hər şeyi ona başa salmışam”

"Mübarizəniz varsa, kişi kimi aparın, şər- böhtanla yox”.

Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, günlərdir "Whatsapp" qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir. 

Mövzu ilə bağlı sənətçinin meneceri ictimaiyyətə açıqlama yayıb. O, sözügedən kadrların müğənniyə aid olmadığını bilirib:

"Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin. Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni  30.05.2018 - ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları "kare" və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər-böhtanla yox".