Əməkdar artistin axtarışa verdiyi qadın kimdir?


Digərləri 22 Fev 2019 09:14:00 197 0

Əməkdar artistin axtarışa verdiyi qadın kimdir?

Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən"də Zaur Baxşəliyevdən bir şəxsin tapılmasında ona kömək olmalarını xahiş edib.

Son.az xəbər verir ki, məşhur aktrisa həmin qadının 29 il əvvəl bitirdiyi universitetdə birgə təhsil aldığı tələbə yoldaşı olduğunu bildirib:

"1990-cı ildə biz İncəsənət Universitetini bitirmişik. Kəmalə Zeynalova İsa qızını axtarırıq. Tələbə yoldaşımızdır. Kəmalə, çox xahiş edirəm səsimizə səs ver".