Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada


Digərləri 22 Fev 2019 09:06:00 151 0

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada

Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır.

Bakı. Samir Əli - Sumqayıtda marşrut avtobusunun minik avtobusu ilə toqquşması nəticəsində xəsarət alanlardan 19 nəfəri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında stasionar müalicə alır. Bu barədə Trend-ə açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıqov deyib. Baş həkim bildirib ki, xəstəxanada müalicə olunanlardan 6 nəfər reanimasiya şöbəsində, 13 nəfər isə palata şəraitində müalicə olunur: "Reanimasiyaya yerləşdirilən 6 xəstənin vəziyyəti orta ağırdır, həyati təhlükə gözlənilmir. Bu gün həmin xəstələr də palataya köçürüləcək. Palata şəraitində müalicə olunanlardan 5 nəfər bu gün ambulator müalicəyə buraxılacaq". Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.