ABŞda yeni qırıcı təyyarə təqdim edilib
Digərləri 22 Fev 2019 08:52:00 208 0
ABŞ-ın hərbi sənaye korporasiyası "Lockheed Martin" yalnız Hindistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş "F21" qırıcı təyyarəsini təqdim edib.
Son.az Trend-ə istinadən bildirir ki, yeni təyyarənin videosu korporasiyanın "Youtube"-kanalında yerləşdirilib.
Şirkətin press-relizində bildirilir ki, təyyarə Hindistanda "Tata" korporasiyası ilə birgə yığılacaq və istehsal ediləcək, lakin təyyarənin detallaranın bir hissəsi ABŞ-dan gətiriləcək.
Mənbə: milli.az