LosAncelesdə son 50 ildə ilk dəfə qar gözlənilir


Digərləri 22 Fev 2019 08:55:00 165 0

LosAncelesdə son 50 ildə ilk dəfə qar gözlənilir

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində son 50 ildə ilk dəfə qar yağacağı gözlənilir.

Trend-in "LA Times" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Metereologiya Xidmətinin əməkdaşı Devid Suit bildirib.

Onun sözlərinə görə, şəhərə Kanadanın Alberta əyalətində meydana gəlmiş soyuq atmosfer cəbhəsi yaxınlaşır: "Bu, bəlkə də, mənim Kaliforniyada gördüyüm ən soyuq atmosfer cəbhəsidir. Əvvəl bizdə səhərlər temperaturun aşağı düşməsi və yüngül şaxta qeydə alınırdı. Lakin mən bizim bu dərəcədə soyuq atmosfer cəbhəsi gördüyümüzü xatırlamıram".