Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqlayıb


Dünya 22 Fev 2019 08:04:00 214 0

Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında Hanoyda keçiriləcək sammitlə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Böyük imkanlar: Prezident Donald Tramp Koreya yarımadasının və dünyanın bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır. Sammitin məqsədi - Sinqapurda iki liderin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcək irəliləyiş: münasibətlərin dəyişdirilməsi, möhkəm və sabit dünya və Koreya yarımadasının tam denuklearizasiyası".