BƏƏ 5G şəbəkəsini işə salmağa hazırlaşır


Dünya 22 Fev 2019 07:38:00 382 0

BƏƏ 5G şəbəkəsini işə salmağa hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri yeni nəsil 5G mobil rabitə şəbəkəsini inkişaf etdirməyə hazırlaşır.

Ölkənin ən iri telekommunikasiya şirkəti "Etisalat" elan edib ki, BƏƏ-də 5G şəbəkəsini artıq bu il işə salmağa hazırdır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, infrastruktur və şəbəkə super sürətli xidmətə artıq hazır vəziyyətə gətirilib.

Şirkətin texniki komandaları bütün ölkənin 5G ilə təmin edilməsi üçün hazırda 600 nöqtə yaradırlar. Şəbəkə və infrastruktur 5G-nin dəstəklədiyi mobil telefonların BƏƏ-də satışına başlanan kimi xidmət göstərəcək.

Böyüklüyünə görə BƏƏ-nin ikinci operatoru - "Du" şirkəti də 5G şəbəkəsinə investisiyalarla birbaşa bağlı olan kapital xərcləri bu il 40 faizə qədər artırmağı planlaşdırır.