KXDR müstəqillik hərəkatının yubileyini Cənubi Koreya ilə birgə keçirmək istəmir


Dünya 22 Fev 2019 07:49:00 288 0

KXDR müstəqillik hərəkatının yubileyini Cənubi Koreya ilə birgə keçirmək istəmir

KXDR Cənubi Koreyanın müstəqillik uğrunda hərəkatın yubileyini birgə qeyd etmək təklifini rədd edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin nümayəndəsi fevralın 21-də Seulda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Pxenyan öz qərarını "xüsusi şərtlərlə" izah etməyə çalışsa da, hansı şərtlərdən söhbət getdiyini açıqlamayıb.

Bəzi ekspertlərin fikrincə, Pxenyanın bu günü Cənubi Koreya tərəfi ilə birlikdə qeyd etmək istəməməsi 1919-cu ildə Şanxayda formalaşdırılan Koreya mühacir hökumətinin rolunun hər iki ölkədə müxtəlif cür qiymətləndirilməsi ilə əlaqəli ola bilər.

Yubiley tarixinin birgə qeyd edilməsi barədə razılaşma 2018-ci ilin sentyabr ayında Koreya Respublikasının prezidenti Mun Ce-inin KXDR-ə səfərinin yekununda iki ölkə liderinin imzaladığı Pxenyan bəyannaməsində öz əksini tapıb.