Zahidə Günəşin oğlunun atası kim imiş?


Şou-biznes 22 Fev 2019 07:14:00 1803 0

Zahidə Günəşin oğlunun atası kim imiş?

Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində Zahidə Günəşin oğlunun atasının adı açıqlanıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bir neçə gün öncə "5-də 5" verilişində oğluna atasının adını deməyə icazə verməyən sənətçi "Hər şey daxil"də bu barədə danışıb. Tarix Əliyev əməkdaşımızla söhbətində bildirib ki, sənətçi özü oğlunun doğum haqqında şəhadətnaməsini verilişə gətirib:

"Zaur Kamalın verilişində Zahidə Günəş qoymamışdı ki, oğlu atasının adını desin. Saytlar bu barədə yazandan sonra Zahidə Günəş çox pis olmuşdu. Bu gün efirdə dedi ki, bu söz-söhbətə son qoymaq üçün oğlumun doğum haqqında şəhadətnaməsini sizə gətirmişəm, amma adını deməyin. Mən həmin adı oxudum və dedim ki, uşağın atasının adı Röyaldır. Yəni, sənədi mən istəməmişəm, özü çantasında gətirmişdi".