Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib


Digərləri 22 Fev 2019 03:43:00 227 0

Beynəlxalq Muğam Mərkəzində 8 Marta həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş möhtəşəm konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş möhtəşəm konsert keçirilib. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzdə “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunub. Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Konsertdə xalq artistləri Gülyaz Məmmədova “Ana məhəbbəti”, Nazpəri Dostəliyeva “Anacan”, Gülyanaq Məmmədova “Ana”, Əməkdar artistlər Gülüstan Əliyeva “Anam yadıma düşdü”, Bəyimxanım Vəliyeva “Mehribanım”, Arzu Əliyeva “Azərbaycan qızıyam”, Azərbaycan Televiziyası və Radiosunun solistləri –Kamilə Nabiyeva “Ana”, Zabitə Alıyeva “Ana”, Sədəf Budaqova “Ana” və Ayşən Mehdiyev “Ananın səsi” mahnılarını ifa ediblər.