Avropa şirkətlərinin əksəriyyəti karbon qazı tullantılarını azaltmaq istəmir


Dünya 22 Fev 2019 02:30:00 323 0

Avropa şirkətlərinin əksəriyyəti karbon qazı tullantılarını azaltmaq istəmir

Avropa şirkətlərinin əksəriyyəti atmosferə karbon qazı buraxılmasını azaltmaq istəmir, hərçənd onların 80 faizi iqlim dəyişikliklərini biznes üçün təhlükəli amil hesab edirlər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər karbon qazı tullantıları haqqında informasiyaların açıqlanması Layihəsi (Carbon Disclosure Project, CDP) üzrə illik tədqiqatın nəticələrində yer alıb.

Aparılan sorğunun nəticələrinə görə, qarşısına iqlim hədəfləri qoymuş şirkətlərin yalnız üçdəbir hissəsi 2025-ci ilədək dövrə aid ekoloji proqram hazırlayıb. Cari ildə CDP tədqiqatında 23 ölkədən 849 şirkət iştirak edib ki, onların məcmu tullantılarının həcmi təxminən 2,3 milyard tondur.

CDP-nin Avropa üzrə idarəçi direktoru Stiven Tebbe regionun biznes seqmentində ekoloji informasiyanın yayılmasını müsbət qiymətləndirib. Belə ki, hazırda CDP siyahısının yarısı ən yaxşı ekoloji göstəricilərə malik olan Avropa şirkətlərindən ibarətdir.